“İnsan alverinin qurbanı olmayaq” devizi ilə maarifləndirmə tədbirləri davam etdirilir

Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Insan alverinin qurbanı olmayaq” layihəsinin həyata keçirilməsini davam etdirir. Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin və qismən onların valideynlərinin iştirakı ilə  seminarlar və “İnsan alverinin qurbanına çevrilməyək” adlı bukletlərin paylanması ilə bağlı ictimai yerlərdə, parklarda, yol kənarlarında ictimai aksiya keçirilmişdir Layihənin  məqsədi  insan alveri, onun formaları, insan alverinə qurbanların cəlb edilməsi yolları, yolları, insan alveri ilə mübarizə barədə qanunvericiliyin və dövlət orqanlarının imkanları barədə, insan alverinin səbəbləri, insan alverinə şərait yaradan hallar,şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması barədə insanların maarifləndirilməsidir.

Aksiyaların məqsədi insan alveri probleminə cəmiyyətin marağıının artırılması, insan alveri halları ilə qarşılaşdıqda onunla mübarizə barədə maariflənmədir. Seminarlarda insan averi, onun formaları, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reabilitasiyası imkanları barədə qanunvericiliyin müddəaları, insan alveri ilə mübarizə aparan dövlət orqanlarının imkanları; insan alveri qurbanlarının cəmiyyətə qaytarılması, psixoloji reabilitasiyası; insan alverinin qurbanlarının dövlət müdafiəsi və bu müdafiənin səmərəliliyi kimi mövzular əhatə olunmuşdur. İnsanlar, xüsusilə də gənclər bəzi hallarda daha yüngül maddi imkanlar əldə etmək üçün xarici ölkəkələrə daha sərfəli işə düzəlmək adı ilə aldanmaya meylli olurlar, işin mahiyyəti, yerinə yetiriləcəyi yer və s. barədə yalan məlumatlar verilməsini, aldadıldıqlarını hiss etmirlər, başa düşmürlər. İnsanlar gələcək planlarını sosial şəbəkə və s. üsullarla bölüşərkən, ona edilən təklifin insan alveri ilə bağlı olduğunu hiss etmir və ya evlənmə adı ilə ölkədən aparılaraq bu fəaliyyətə məcbur ediləcəyini bilmir. Bəzi halarda ölkə daxilində gəzmək, ekskursiya, qonaqlıq adı altında cəlb olunanlar barəsində məlumatların yayılacağı ilə hədələnərək bu fəaliyyətin qurbanına çevirirlər. Bəzi qurbanlar ailənin, məktəb yoldaşlarının, qonşuların bilməsindən çəkinərək, psixoloji təzyiq altında daha da çətin vəziyyətə düşürlər. Bəziləri qanunlarımızın insan alveri qurbanlarına verdiyi dəstək, o cümlədən, onların İnsan alveri qurbanları üçün sığınacaqda yerləşdirilməsi, onlara psoxoloji, hüquqi, tibbi və s. yardım göstərilməsini,bütün bu fəaliyyətin konfidensial olması və s. barədə imkanları bilmədiklərindən əlacsız vəziyyətdə istismarın qurbanı olurlar. Seminarlarda konkret insan alveri halları ilə mübarizə yolları barədə biliklər verilmiş və dövlət orqanlarına müraciət mexanizmləri, Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün 152 qaynar xətti, insan alverinin qurbanlarının müdafiəsi üçün sığınacaqlar, sığınacaqda yerləşdirilmə qaydaları, qurbanlara tibbi, maddi, hüquqi və psixoloyi yardım, qurbanların insan alverçilərinin cəzalandırılması üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlığının qurbanın iradəsindən asılı olması, insan alveri qurbanlarının fiziki müdafiəsi, bu fiziki müdafiənin sığınacaqda yerləşdirmə, polis mühafizəsi, adının və soyadının, iş yerinin, yaşayış yerinin dəyişdirilməsi və s. barədə geniş  izahlar verilmiş, insan alveri hallarının gizlədilməsinin insan alverçilərinin xeyrinə olması xüsusi qeyd edilmişdir.Seminar iştirakçılarına “İnsan alverinin qurbanına çevrilməyək” adlı bukletlər paylanmışdır. Seminarlardan sonra iştirakçıların xahişi ilə problemlər konfidensial dinlənilmiş və məsləhətlər verilmişdir. Tədbirlərdə Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon İcra Hakimiyyətlərinin məsul şəxsləri iştirak etmişlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here