“Instagram” servisinin auditoriyası 1 milyarda çatıb

Foto və videoların mübadiləsi üçün “Instagram” xidmətinin istifadəçilərinin sayı 1 milyard olub.

Bu haqda xidmətin saytında məlumat verilib. “Instagram” – indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. “Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!”- deyə məlumatda bildirilir.

Həmçinin iyunun 20-də tərtibatçılar tərəfindən təqdim edilmiş “IGTV” adlı yeni proqramın köməyi ilə müddəti 1 saatadək olan şaquli videolar yerləşdirmək və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram “Android” və “iOS” əməliyyat sistemlərində işləyəcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here