“İnterfax-Azərbaycan”a rəhbər təyin edildi

“İnterfax-Azərbaycan” informasiya agentliyinə yeni rəhbər təyin olunub.

Agentliyin baş redaktoru postu tanınmış jurnalist Anar Əzizova həvalə edilib.

A.Əzizov indiyədək müxtəlif media qurumlarında çalışıb.

Qeyd edək ki, “İnterfax-Azərbaycan” informasiya agentliyinin rəhbəri Aleksandr İvanov ötən il 21 dekabr tarixində Moskvada dünyasını dəyişib. A.İvanov 12 iyul 1950-ci ildə Bakı şəhərində anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. Ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here