“İntiqam 101” mühazirəsi | Revenge 101 Lecture

Daniel Mak-Qrat
“İntiqam 101” mühazirəsi
13 mart, 19:00, Yarat ofis (Neftçilər pr.153, Port Baku Tower, 23 mərtəbə)

İNTİQAM 101: Bu birsaatlıq dərs zamanı “intiqam” mövzusunda sərginin, bir də TV-məşğələ ruhunda hazırlanmış videofilmin nümayişi vasitəsilə incəsənət tarixi və kurator peşəsi təhlil edilir. Auditoriyada oxunan mühazirədə Wikileaks-in əsasını qoyan Culian Assanji ittiham edənlərdən biri tərəfindən yazılmış mətn səsləndirilir. Video-təqdimatda isə cinayət, qisas və vandalizm kimi mövzular araşdırılarkən, qisasalma, bir də sənət əsərlərinə təcavüz faktları – istər məşhur, istərsə də geniş ictimaiyyətə məlum olmayan həmlələrə aid məlumatlar ekranda təsvir olunurlar, özü də populyar mədəniyyət, incəsənət tarixi, kino, yaddaqalan fotojurnalistika kadrları kimi görüntülər vasitəsilə.

Mühazirə Bakıda ABŞ səfirliyinin təşkil etdiyi Amerika Həftəsinin çərcivəsində təşkil olunacaq.

Daniel McGrath. Sent-Luis şəhərindəki Lindenwood Universitetinin İncəsənət fakültəsində ştatdankənar professor vəzifəsində çalışır. 2005-ci ildə London Universitetinin Kral Kollecini bitirərək, İncəsənət Magistri dərəcəsini qazanmışdır. 2000-ci ildə UCLA Universitetini bitirərək, təsviri sənət üzrə bakalavr dərəcəsini qazanmışdır. “YIĞMA QALEREYA / TƏCRİD OTAĞI” layihəsinin direktorlarından biridir. Los-Ancelesdə “Sweetboy” layihəsinin direktorlarından biridir. Los-Ancelesdə, Sent-Luisdə, eləcə də Birləşmiş Krallıqda sərgilər keçirmişdi. İncəsənət bölməsi üzrə ştatdankənar yazar qismində “Art Papers”, “Art US”, “Review”, “Sculpture” və “St. Louis Magazine” kimi dərgilərlə əməkdaşlıq edir. Koreyalı rəssam Fi Jae Lee-nin və amerikalı rəssam Jaime Adams-ın yaradıcılığı haqqında esselər, Londondakı İmperiya Müharibə Muzeyi üçün kitab xülasələri dərc etdirib. Əsərlərini nümayiş etdirdiyi sərgi salonları: “Hunter College MFA Studios”, Nyu-York; “Office Space”, Los-Anceles; “SweetboyProjects”, Los-Anceles; “Pirate”, Börford, Birləşmiş Krallıq; “PSTL”, Sent-Luis; bir də “Hunt” Qalereyası, Sent-Luis. Sent-Luisdə (Missuri ştatı) yaşayıb çalışır, burada yerləşən duetin – kurator layihəsinin direktorudur.


13th March 2015, 19:00pm at the Yarat office
Daniel McGrath
Revenge 101 Lecture
In this one hour class, art history and curatorial studies are analysed through a ‘revenge’ themed exhibition and a video projection organised in the spirit of a tele-course lecture. The course lecture articulates a text written by one of the accusers of the Wikileaks founder Julian Assange. The presentation in the video explores the theme of crime, vengeance and vandalism through images from popular culture, art history, cinema, and memorable moments in photojournalism, all depicting both famous and infamous acts of revenge and aggression against works of art.

Lecture is scheduled to coincide with American Week, organised by the US Embassy in Baku.

Daniel McGrath is an adjunct professor in the art department at Lindenwood University in St. Louis. In 2005, he received his Master of Arts from King’s College – University of London. In 2000, he earned his Bachelor of Fine Arts from the UCLA. He is co-director of ISOLATION ROOM/ GALLERY KIT, was co-director of Sweetboy Projects in Los Angeles and has organised exhibitions in Los Angeles, St. Louis and the United Kingdom. He is a contributing art writer for Art Papers, Art US, Review, Sculpture and St. Louis Magazine. He has published essays on the work of Korean artist Fi Jae Lee, local painter Jaime Adams, and book reviews for the Imperial War Museum in London. He has exhibited his work at Hunter College MFA Studios, New York; Office Space, Los Angeles; SweetboyProjects, Los Angeles; Pirate, Burford, UK; PSTL, St. Louis; and the Hunt Gallery, St. Louis. He lives and works in St. Louis, Missouri and is the director of duet, a curatorial project in St. Louis.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here