İntizam Komitəsindən sərt cəzalar

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda qəbul edilmiş qərarlar:

20 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

20 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 25 №-li futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

21 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “Qarabağ” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

18 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

22 may 2018-ci il, futzal üzrə Azərbaycan Kubokunun “Marafon Futsal” – “Uğur” FK matçında baş verənlər haqqında:

Oyunun 37-ci dəqiqəsində “Uğur” FK klubunun 6 №-li futzalçısı Amin Nasrolla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 38-ci dəqiqəsində “Marafon Futsal” klubunun 22 №-li futzalçısı Arif Bolouri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 38-ci dəqiqəsində “Uğur” klubunun 9 №-li futzalçısı Mahsen Geşani və 15 №-li futbolçu Rza Əmoni hakimlər briqadasın təhqir etdiyinə, aqressiv davranış, hakimə və rəqibə qarşı fiziki təzyiq göstərdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futzalçı 10 oyun cəzalanır (maddə 42.3), (maddə 38.6).
“Marafon Futsal” klubunun 10 №-li futzalçısı Seymur Məmmədov oyundan sonra rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).

SIA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here