İpəkçi mütəxəssislər “Yaşıl çay” fermer təsərrüfatında

Mayın 12-də Qax damazlıq ipəkçilik stansiyasının direktoru Əkrəm Fətəliyev və həmin stansiyasının toxumçu aqronomu Laləzar Heydərova ipək qurdlarının saxlanma şəraiti ilə yaxından tanış olmaq üçün Lənkəran rayonunda olublar. Səfər çərçivəsində təcrübəli mütəxəssislər rayon Kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev və idarənin digər əməkdaşları ilə birlikdə “Yaşıl çay” FT MMC-nin kümxanasında ipəkqurdunun saxlanma şəraiti ilə tanış olublar.

Kümxananın briqadiri Həsənağa Əhmədov qonaqlara ipəkqurdlarına ilk gündən indiyədək göstərilən xidmət barədə ətraflı məlumat verib. Bildirib ki, onlara 290 qr. Ipəkqurdu verilib. Hazırda qurdlar 2-ci yaş dövründədirlər. İçəridə 3 nəfər qurdlara xidmət göstərir, 3 nəfər də tut yarpaqlarının dərişi və gətirilməsində iştirak edir. Temperatur, rütübət rejiminə ciddi riayət edilir. Qurdlar böyüdükcə bura yeni işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulub. Təsrübəli kümçü gəlirli sahə olan baramaçılığı yenidən bərpa etdiyi üçün cənab prezident İlham Əliyevə, rayon rəhbərliyinə və belə müasir kümxana binası tikdiyi üçün iş adamı Araz Yağubova minnətdarlığını bildirib.

Əkrəm Fətəliyev və Laləzar Heydərova 2-ci yaş dövründə olan qurdların saxlanma şəraiti, temperatur, rütubət rejimi ilə maraqlanıb, qurdların yem bazası olan tut bağına baxış keçiriblər. Təcrübəli ipəkçi mütəxəssislər yüksək standartlara uyğun tikilən kümxana binasından, bol və keyfiyyətli barama almaq üçün yaradılan şəraitdən, həmçinin tut ağaclarına göstərilən qulluqdan razı qaldıqlarını və gələcəkdə burada daha çox barama əldə etməyin mümkün olduğunu dilə gətiriblər.

Sonda Əkrəm Fətəliyev yerli kümçülərə işlərində uğurlar arzulayıb, bəzi məsləhətlərini verdikdən sonra Astara rayonuna yola düşüb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here