İpoteka istiqrazlarının 80 milyon manatlıq emissiyasının dördüncü tranşı yerləşdirilir

İyulun 12-də Bakı Fond Birjasında “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 007,0000 manat qiyməti ilə satışa çıxarılacaq.

Fonddan  bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti bu il martın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 80,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.

Buraxılışın ilk emissiyası aprelin 19-da yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here