İqtisadçı İntellektual Klubu 32-ci dövrəyə start verir

ADİU THİK və İqtisadçı İntellektual Klubu 3 aylıq yay fasiləsindən sonra 2014-2015 mövsümünü 11 oktyabr 2014-cü il tarixində açacaq. Yeni mövsümdə yeni uğurlar, yeni nailiyyətlər, yeni tanışlıqlar qazanmaq istəyən hər bir kəs kluba dəvətlidir.
Dialoq.info-nun məlumatına görə, aşağıda göstərilmiş qeydiyyat linkindən istifadə edərək qeydiyyatdan keçə və qeyd edilmiş tarixdən klubda iştirak edə bilərsiniz.

Tarix: 11.10.2014

Saat: 12:00

Məkan: ADİU, 2-ci korpus (Gənclik korpusu)
Dövrə oyunlarının aparıcılıq cədvəli və digər elanlar da yaxın günlərdə paylaşılacaq.

Qeydiyyat: https://docs.google.com/forms/d/10eTxOdkF4_COUfjb3SA9d1oYMr4p5i36aEMKrHlRbck/viewform