“İqtisadi inkişaf büdcənin makroiqtisadi göstəricilərinə müsbət təsir göstərir”

“İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması ölkənin hərtərəfli inkişafını şərtləndirən amillər sırasındadır. Bu, iqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərində də öz təsdiqini tapır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

Özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi fonunda işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açıldığını deyən deputat bildirib ki, gələcəkdə nəzərdə tutulan planların uğurla həyata keçirilməsi, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək.

Deputat söyləyib ki, davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcəsinin real göstəriciləri və artım səviyyəsi də hər bir dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir.

M.Xəlilov qeyd edib ki, son illərdə davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin uğurlu icrası dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir: “ Bütün bunlar göstərir ki, bu il ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here