RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İqtisadiyyat, Biznes və Maliyyə sahələri üzrə xəbər paylaşımları edə biləcək könüllü

555

Əziz dostlar,
Biz “CİS Financial Markets” adlı MDB regionunu İqtisadiyyat və Maliyyə sahələrində özündə birləşdirəcək vahid bir platforma yaratmışıq. Google Statistic göstəricilərinə əsasən3 aylıq fəaliyyət periodu ərzində 5000 nəfərə yaxın, əsası, Amerika, Çin və Yaponiyadan olan izləyici kütləsi ilə, sürətlə inkişaf edən bir agentlik funksiyası daşıyırıq.
Güclü və əmin addımlarla inkişaf edən bir agentlik olaraq, dinamik, məsuliyyətli gənclərə ehtiyacımız var. İqtisadiyyat, Biznes və Maliyyə sahələri üzrə xəbər paylaşımları edə biləcək, araşdırma qabiliyyəti yüksək olan gəncləri aramızda görməkdən şad olardıq.
Əsas tələblər:
• İngilis dilində yazı qabiliyyətlərinin yaxşı olması
• Rus dili biliklərinin olması arzuolunandır (şərt deyil)
• Gündəlik tələb olunan qrafik üzrə paylaşımlar edə bilməsi üçün vaxt problemi olmamalıdır
Təklif olunan vəzifə könüllülük prinsipinə əsaslansa da, professional ruhda inkişaf edən gəncləri agentlik daxilində iş imkanı, motivasiya xarakterli prizlər, agentlik tərəfindən xasiyyətnamə gözləyir.
Bununla yanaşı, gənclər özlərini bazar tələblərinə uyğun olaraq inkişaf etdirə biləcək və bütün MDB regionu ölkələri üzrə reputasiya qazanmaq şansını əldə edəcəklər.
Maraqlanan şəxslərin, CV formalarını [email protected] ünvanına göndərmələri xahiş edilir.
Sürətlə inkişaf edən “CİS Financial Markets” agentliyinin bir parçası olmağı və sizi gözləyən böyük şansları qaçırmayın.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı