“İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək

2014-cü  il 11-13 noyabr tarixlərində Kiyev şəhərində Milli “Odessa Hüquq Akademiyası” Universitetinin Əqli Mülkiyyət İnstitutu və Ukrayna Milli Hüquq Elmləri Akademiyasının Əqli Mülkiyyət Elmi Tədqiqat İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə birlikdə “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” adlı VI beynəlxalq elmi-praktiki konfrans keçirəcək.

Milli “Odessa Hüquq Akademiyası”  Universitetinin  Əqli Mülkiyyət İnstitutunda (Xarkov şosesi küç, 210, Borispol metrosu) keçiriləcək konfrans Ukraynanın Əqli Mülkiyyət Dövlət xidmətinin dəstəyi ilə təşkil olunacaq.

Dialoq.info xəbər verir ki, bu barədə məlumat verən Elmi İnnovasiyalar Mərkəzinin (EİM) innovasiya.az saytında bildirilib ki, konfransda bir çox istiqamətlər müzakirə ediləcək. Müzakirə olunacaq məsələlərə “İnnovasiya fəaliyyəti proseslərində və texnologiyaların transferində əqli mülkiyyətin aktual aspektləri”, “Biliklər iqtisadiyyatı şəraitində əqli kapitalın idarə olunması nəzəriyyəsi və praktikası”, “Elmi və elmi-texniki fəaliyyət nəticələrinin kommersiyalaşdırılması”, “Əqli mülkiyyətin dövlət hüquqi təminat sistemi, informasiya-analitik və innovasiya fəaliyyəti üçün kadrların hazırlanması”, “İnnovasiya fəaliyyətinin və beynəlxalq əməkdaşlığın informasiya-analitik təminatının qurulması və inkişafının bəzi məsələləri” daxildir.

Konfransın işçi dilləri Ukrayna, rus və ingilisdir. Daxil olmuş məruzə və tezis materialları əsasında məcmu dərc olunacaq. Konfransda alim və elmi-pedaqoji işçilərlə yanaşı, intellektual mülkiyyət sferasının mütəxəssisləri, biznes nümayəndələri, informasiya-analitik və innovasiya fəaliyyəti, innovativ iqtisadiyyatın formalaşması məsələləri ilə məşğul olan və maraqlanan hər kəs iştirak edə bilər.

2 COMMENTS

  1. Orxan Məmmədov AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı

    27 oktyabr 2014-cü il tarixində dialoq.info saytında yerləşdirilmiş “İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək adlı informasiya Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin (EİM) innovasiya.az saytına istinadən hazırlanmışdır. Bu 9 oktyabr 2014-cü il tarixində innovasiya.az saytında yerləşdirilmiş “İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” adlı beynəlxalq elmi-texniki konfrans haqqında məlumatdır. Lakin yanlış olaraq dialoq.info saytı bu informasiyanı Elmi İnnovasiyalar Mərkəzinin (EİM) innovasiya.az saytına istinadən kimi deyil AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki ifadəsi yaymışdır.
    dialoq.info saytı bu informasiyada səhvən AMEA Elmi İnnovasiyalar Mərkəzinin loqotipinin yerinə AMEA İnformasiya Texnologiyalar İnstitutunun loqotipini yerləşdirmişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here