RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

768

“İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası radio aparıcısı olmaq istəyirsinizsə, sizə təklif edilən bu fürsəti qaçırmayın.
Günümüzdə radiolarda işə müraciət edəndə sizdən təcrübəli olmağı tələb edirlər. Siz isə bu təcrübəni harada qazanacağınızı düşünürsünüz. Məhz, gənclərdən ibarət komandada çalışaraq, siz gələcək karyeranızın təməlini qura və əvəzsiz təcrübə əldə edə bilərsiniz!

Təcrübə proqramında iştirak etmək istəyirsinizsə 02.09.2015-ci il tarixinədək aşağıda qeyd olunmuş linkdəki ərizə formasını doldura bilərsiniz:

https://docs.google.com/forms/d/1N-QWpx_n1rqEeVJRrcLaXUKQ6bxYBXrbDkg7IYLZNSU/viewform

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: ərizələrin qəbulu (25 avqust- 2 sentyabr 2015)
2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi (3- 5 sentyabr 2015)
iRadio – da sizin üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri:
– Radio Aparıcı
– Müxbir
– Musiqi tərtibatçısı (DJ)
– İctimaiyyətlə Əlaqələr
Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Bakı Səməd Vurğun 43, Dünya Biznes Mərkəzi, 14-cü mərtəbə
Telefon: (+994 12) 597 48 13

Əlaqələndirici şəxs:
Emil Qafarlı | [email protected] | (+994 55) 380 29 91

11888106_1041242585896343_5343727419075976997_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı