RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.12.02 16:54

İran Azərbaycana ticarət attaşesi göndərəcək

23

Vəsait təmin olunduğu halda, İran Azərbaycan və bir sıra ölkələrə ticarət attaşesi göndərəcək.

Bunu İranın Ticarət İnkişafı Təşkilatının sədri və İranın sənaye, mədən və ticarət nazirinin müavini Həmid Zadbum deyib.

İndiyədək 5 ölkəyə ticarət attaşesinin göndərildiyini bildirən H.Zadbumun sözlərinə görə, Azərbaycan, Rusiya, Hindistan, Çin, İraqın kürd muxtariyyəti və Omana ticarət attaşelərinin göndərilməsi prioritet təşkil edir.

Nazir müavini ticarət attaşelərinin sayının artırılmasının büdcədə nəzərdə tutulduğunu, lakin indiyədək vəsaitin təmin olunmadığını deyib.

O, əlavə edib ki, növbəti mərhələdə Qazaxıstan, Türkmənistan, Suriya və Livana ticarət attaşelərinin göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranın Ticarət İnkişafı Təşkilatı 60 ticarət attaşesini digər ölkələrə ezam edə bilər. İranın hər bir ticarət attaşesinin Ticarət İnkişafı Təşkilatı üçün xərcinin orta hesabla ayda 10 min dollar olacağı bildirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı