DÜNYA 2020.01.20 00:01

İran hərbiçiləri Küveyt gəmilərini saxlayıblar

62

Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbiçiləri tərəfindən Küveytə məxsus üç gəmi saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə İranın “Təsnim” agentliyi bildirib.

Məlumatda “SEPAH”ın üç Küveyt gəmisini İranın ərazi sularınının sərhədlərini pozduqdan sonra saxladığı deyilir.

Hadisə ilə bağlı Küveyt səlahiyyətliləri tərəfindən rəsmi şərh verilməyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı