RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.08.13

İran Pakistanı seçdi: Hindistan təcili müsəlmanlara…

48

Tehran Hindistandan Cammu və Kəşmirdə vətəndaşların həyatının normal vəziyyətə gətirilməsi barədə tədbirlər görülməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı İran Xarici İşlər Nazirliyi yayıb. Nazirlik müsəlmanlar üçün tətbiq edilən məhdudiyyətlərdən narahat olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Hindistan Cammu və Kəşmirin xüsusi statusunu ləğv edib. Bundan sonra müsəlmanlar arasında başlayan etirazlarla əlaqədar olaraq ştat ərazisində komendant saatı tətbiq edilib. Pakistan baş verənlərlə əlaqədar Hindistandan təcili addımlar atmasını istəyib və Dehli ilə bir sıra istiqamətlərdə əlaqələrini dondurub. Çin yaranan situasiyada Pakistanı, Rusiya isə Hindistanı dəstəklədiyini bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı