İran universiteti Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq etmək arzusundadır

Aprelin 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İran İslam Respublikasının Payam Noor Universitetinin prorektoru, xanım Atosa Vaziri Payam Noor, doktor Monirsadat Hosseini və universitetin Bakı şəhəri üzrə məsul işçisi, doktor Simin Zahedi ilə görüşüb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Kərim Tahirov kitabxana haqqında ətraflı məlumat verib, son illər burada yaradılan iş növlərindən, proseslərin avtomatlaşdırılmasından və görüləcək işlərdən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.

Universitet haqqında məlumat verən prorektor Atosa Vaziri Payam Noor təmsil etdiyi ali təhsil ocağının İranda ən iri təhsil ocaqlarından biri olduğunu bildirib. Fəaliyyət göstərən 500 filialda 4 min elmi heyətin, ümumilikdə 8 min işçinin çalışdığını qeyd edib. O, universitetin zəngin kitabxanasından söz açıb, gələcəkdə Azərbaycanın ən iri kitabxanası ilə də əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib. Hər iki kitabxananın kitabxanaçıları üçün ustad dərslərinin, telekonfransların keçirilməsinin də maraqlı ola biləcəyini diqqətə çatdırıb.

Qonaqlara xatirə hədiyyələri verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here