İranda dəhşətli zəlzələ – 141 ölü, 1000 yaralı

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

Bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.

İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here