RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.10 11:49

İrina Kindzerska Dneprdə keçirilən yarışda növbəti dəfə birinci olub

82

Dnepr şəhərində keçirilən cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edib.

Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan Azərbaycan təmsilçisi İrina Kindzerska yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.

Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı