İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sumqayıt ŞPİ-də monitorinq keçirib

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Sumqayıt Şəhər Polis İdarəsində (ŞPİ) monitorinq keçirib.

Komitədən  verilən məlumata görə, monitorinqdə ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və digər şəxslər iştirak ediblər.

Monitorinq iştirakçıları Sumqayıt ŞPİ-də saxlanılan 23 nəfərə baş çəkiblər. Onlardan 17 nəfəri inzibati qaydada tutulan şəxslər olub.

Saxlanılan şəxslər qeyri – insani rəftar və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.

Komitə əməkdaşları daha sonra Sumqayıt ŞPİ-nin 1-ci, 2-ci, 3-cü və 4-cü polis bölmələrinə baş çəkiblər. Əvvəlki illərdə bu bölmələrdə müvəqqəti saxlama yerləri olmayıb. Monitorinq zamanı müəyyən edilib ki, bölmələrin hamısında müvəqqəti saxlama yerləri inşa edilib.

APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here