RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İSİM tələbələr və məzunlar üçün Yeni Təcrübə Proqramı elan edir

1.3K

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tələbələr və məzunlar üçün Yeni Təcrübə Proqramı elan edir.

Proqrama yerli və xarici tələbələr müraciət edə bilərlər.Təcrübə proqramı 3 və ya 6 ay müddəti əhatə edəcək.Tələbələr təhsil aldıqları ali məktəblərdə dərslərindən sonra proqramda iştirak imkanı qazanacaqlar.

Proqramda iştirak edəcək təcrübəçilərə nələr vəd edilir?

-İSİM tədqiqat layihələrində iştirak etmək;
-Xarici tədqiqatçıların rəhbərliyi ilə tədqiqat və iqtisadi-elmi metodları öyrənmək;
-İSİM-in adından xaricdə təşkil edilən beynəlxalq tədbirlərə qatılmaq;
-İqtisadi biliklər ilə yanaşı xarici eksperlərin çalışdığı mühitdə ingilis dili biliklərini təkmilləşdirmək;
-Mətbuata çıxış imkanları əldə etmək;
-Yerli dövlət və beynəlxalq qurumlar ilə əlaqələr qurmaq;
-CV-nizi təkmilləşdirmək
-İSİM-in çap etdiyi nəşrlərin müəllifi olmaq və

ən əsası
-Yaxşı,dostcasına mühitdə çalışmaq.

Müraciətçidən nələr istənilir?

-Azərbaycanda və ya xaricdə uiversitet tələbəsi və ya məzunu olmaq;
-Orta iqtisadi biliklər;-Ən azı danışıq ingilis dili biliklər;
-proqram dövründə tədqiqatlarda mütəmadi olaraq iştirak etmək.
Proqramda iştirak etmək istəyənlər CV və məqsəd məktubunu Əhməd Əliliyə [email protected] email ünvanına göndərə bilərlər.sənədlər azərbaycan və ya ingilis dillərində olmalıdır.

Proqramda son müraciət tarixi: 24 İyul 2015

Proqramın başlama müddəti: 03 Avqust 2015

İSİM ABŞ-ın məşhur Penselvaniya Universitetinin beynəlxalq qiymətləndirməsində 2015-ci il üçün Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi elan edilmişdir.

İSİM eyni zamanda Harvard Universitetinin rəsmi listəsinə daxil olan yeganə Azərbaycan mərkəzidir.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı