RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.08 16:33

İşıq sönsə də, metro fasiləsiz işləyəcək

17

2018-ci il iyulun 3-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranan məhdudiyyət Bakı metropoliteninin fəaliyyətinə mənfi təsir göstərərək, texniki qurğuların, stansiya və tunellərdə qatarların dayanmasına gətirib çıxarmışdı.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Sədr müavini bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı metropolitenində dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələri yaradılıb.

H.Məmmədov qeyd edib ki, artıq yüksək gərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro sərnişinlərinə xidmət göstərəcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı