İşləmək istəyən şəxslər üçün “Müsahibə texnikaları”

Müsahibə texnikaları

İşləmək istəyən şəxsdən işə götürülməzdən əvvəl şirkət tərəfindən müsahibə alınır, amma təəssüfki çox zaman müsahibə uğursuz nəticələnir. Mən sizə müsahibədən uğurlu keçmək üçün təsirli müsahibə texnikalarından danışacam. Müsahibə, işəgötürən ilə işə müraciət edən namizədin 15-45 dəqiqə sürən bir iclasda bir-birlərini tanımaq üçün bir araya gəlməsidir. Müddət müraciət edən namizəd sayına və şirkətin işə götürmə siyasətinə bağlı olaraq dəyişə bilər. Müsahibə, eyni zamanda, müraciət edən namizədin şirkət barədə məlumatlanmasını təmin edər. Onlar özləri müxtəlif üsullara bölünür. Gəlin Üsulları bir-bir nəzərdən keçirək. İlk öncə davranışı təyinedici müsahibələrdən başlıyaq. Bu müsahibələr iş görüşmələrində istifadə edilən olduqca yeni bir üsuldur. Bu üsulun təməlində yatan fikir, gələcəkdəki bacarığın ən yaxşı təyinedicisidir, keçmişdə oxşar hallarda baş verən baçarıqları sərgilər. Bu üsul ilə işdə göstəriləcək bacarıqların 50 %-i doğru təxmin edildiyi deyilməkdədir. O, həmçinin işə alma qərarlarında obyektiv həqiqətləri ortaya çıxarar, namizədi “Ənənəvi müsahibə” anlayışından daha geniş miqyasda araşdırma imkanı yaradar. Digər üsul olan panel (davranış təyinedici və ya ənənəvi)  müsahibələrdə müsahibə götürənlərin sayı birdən çoxdur. Paneli meydana gətirən kəslər namizədə sırayla sual yönəldirlər. Ənənəvi müsahibələri ilə isə işdə göstəriləcək bacarığın yalnız 10%-i doğru təxmin edilə bilinməkdədir. Görüşmələri edən adam, “Bir az özünüz barədə məlumat verə bilərsinizmi?” kimi ümumi suallar verir. Müsahibəsi götürülən adam ümumi məlumatlar verir. Sonra ona  “Fılan vəziyyətində necə davranırdınız?” kimi mühitə bağlı suallar soruşulur. Bu suallar nəzəri, fərziyyəli nümunələr olacağından etibarlılığı müzakirə edilə bilər. İşəgötürən, namizədin lazımi xüsusi bacarıqlara sahib olduğunu müəyyən etmək və ətraflı cavablar ala bilmək üçün dəqiq suallar hazırlayar. Şirkətin namizədlərdə axtardığı xüsusiyyətlər əsasən, analitik düşüncə, problemi həll etmə qabiliyyəti, özünə inam və motivasiya, komanda ilə işləmə və ünsiyyət bacarıqları,öyrənməkdə istəklilik, səmimiyyət, professional olmağa uyğunluq, liderlik və məsuliyyəti öz üzərinə alabilmək bacarığı, çeviklikdir. Kateqoriyalara görə sual növləri fərli olur. Onlardan bəzilərinə nəzər salaq.

İlk öncə iş sahəsinə aid nümunə suallara baxaq: 1. Nə üçün bu sahədə, bu şirkətə, bu mövqeyə namizədsiniz, sizi seçməmiz üçün ən əhəmiyyətli xüsusiyyətinin nədir? 2. Müraciət etməyinizdə cazibədar olan puldur, yoxsa mövqe ? 3. Sizi qəbul etsək, 1 ay sınaq müddətində işlətməyi düşünürük, necə qarşılayarsınız?

Texniki və peşə məlumat və vəzifə bacarığına aid suallara da nəzər salaq: 1. Bir layihə və ya vəzifə əsnasında kömək tələb etiğinin bir vəziyyəti anladın. 2. Bir dərsdə əldə etdiyiniz məlumatı digər bir dərs layihəsində tətbiq etmənizlə bağlı bir nümunə verin. 3. Hər hansı bir firmada iş müddətində informasiya baxımından ən böyük qazancınız nə oldu?

1392198685_11

Aşağıdakı suallarla namizədin təşkilatı hədəfləri reallaşdırmaq və problemləri tapıb həll etmək üçün bir təşkilat içərisində digər insanlarla işləyə bilməsi qiymətləndirilir. Namizəddən verdiyi qərarların digər insanlar üzərindəki təsirlərindən bəhs etməsi istənilir: 1. Bir layihə üçün birlikdə çalışdığınız kəslərin qərarlarınızla razı olmadığı bir vəziyyətə nümunə verin. Bu vəziyyətdə necə davrandınız? 2. Bir sıra işinizdə vaxtı necə təyin edirsiz? 3. Bir sıra işinizdə, tapdığınız nəticələrin məsləhətçinizin ümidləri iə uyğunlaşmadığı bir vəziyyətə nümunə verin. Bu vəziyyətdə nə cür bir reaksiyanızı oldu?

Namizədi qiymətləndirmə xüsusiyyətləri çoxluq təşkil edir. Bəzilərini sizə çatdırmaq istəyirəm: adaptasiya, şifahi, yazılı və strateji analiz, danışmaq və yazıda detallara diqqət yetirməniz, şifahi və azılı əlaqə, nəzarət, dayanıqlılıq, inkişaf texnikaları, enerji, sahibkarlıq bacarıqları, təchizat istifadəsi, təsir, çeviklik, müstəqil çalışmaq bacarıqları, təşəbbüs, yenilikçilik, dürüstlük,liderlik, motivasiya, idarə, dəyərləndirə bilmə, dinləmə, təqdimat, uzlaşma, planlaşdırma və təşkilatı, öyrənə və öyrədə bilmə bacarıqları, vaxtı təyin etmə, risk alma, iş əxlaqı və s.

Gənclərimiz iş həytinda müsahibəyə gedərkən hazırlıqsız olur və nəticədə müsahibəsi uğurlu alınmır. Ortaya belə bir sual çıxır. Namizəd müsahibə necə hazırlanmalıdır? Bacarıqlarınızın fərqində olmağınız sizin iş axtarış əməliyyatını asanlaşdıracaq.  Siz karyeranın seçim müxtəlifliyini kəşfədəbiləcəksiniz.  İş ünvanları mövzusunda uyğun mövqelər tapa, iş imkanlarını daha asan dəğərləndirə biləcəksiniz. Həmçinin CV, ya da müraciət mektubunuzda işə götürənə bacarıqlarınızı təqdim edərkən çətinlik çəkməyəcəksiniz. İş imkanlarıyla əlaqədar məlumat toplayır və müraciət edərkən özünüzə olan güvəniniz artacaq.

Müraciət etdiyiniz iş yeri ilə əlaqədar mümkün olduğunca çox məlumat əldə etməyə çalışın. Məsələn, şirkətin veb səhifəsini və broşuralarını oxuyun. Şirkətlə əlaqədar toplayacağınız məlumatlar idarə anlayışı haqda, mədəniyyəti, dəyərləri, etik kodları ola bilər. Həmçinin məhsullarını, xidmətlərini, bölmələrini və yerlərini, işçilərin sayını öyrənməyə çalışın. Müsahibədən əvvəl şirkətin sizdən nə gözlədiklərini yaxşıca öyrənin.

İlk öncə müsahibə edəcək adamın suallarını təxmin etməyə çalışın. Verəcəyiniz cavabların sınağını edin. Müsahibə sınaqların necə olur?  Bir ailə üzvü ilə, yoldaşınız və ya ayna qarşısında tək başınıza özünüzü sınaq edin, öz səsinizi dinləyin. Müsahibədə verilə biləcək ən çətin sualı düşünün: Bu suala verə biləcəyiniz cavablar üzərində, mimikalarınızı də izləyərək tapşırıq edin. Özünüzə suallar soruşub cavablar verərək, teatr oyunu nizamını zehininizdə yaradın. Daxili dialoqlarınızı duyun.

İstifadə edə biləcəyiniz texnikalar:

interview2-300x291

“Pygmalion” texnikası:

Zehininizdə hadisələrin necə inkişafı lazım olduğuna dair bir obraz yaradın və buna inanın.  Unutmayın, reallaşmasını çox istədiyiniz xülyalar səy və bir az şansla gerçəyə çevrilə bilər. Sizə enerji və müsbət düşüncə ilə arxa çıxacaq bir yaxınınız olsun. Bu quruluşçu və dəstəkləyici adamın siz müsahibəyə girməzdən əvvəl danışdığınız son adam olmasını təmin edin.

Canlandırma texnikası:

Müsahibəni gözünüzün qarşısında canlandıraraq bir təcrübə yaşaya bilərsiniz. Belə vəziyyətlərdə necə reaksiya göstereceğinizin fikri sınağını edin. Bədən dilinizi gözünüzün önünə gətirin. özünüzü, özünə güvənən, həyəcanını nəzarət edən bir namizəd olaraq göstərin.

Son hazırlıqlar:

İşlərdən, dərslərdən, təlimlərdən və kurslardan əldə etdiyiniz təcrübələrin, axtardığınız sənətlə necə əlaqəli olacağını düşünün. Müsahibəyə nə geyinəcəyinizi əvvəldən planlayın. Paltarınızın ütülü, ayaqqabılarınızı təmiz, saçınızın və dırnaqlarınızın düzgün olmasına diqqət edin.  Müsahibə yerinə gedəcəyiniz zamanı yaxşı nizamlayın. Mümkünsə, nə qədər vaxta gedildiyini də öyrənmək üçün bu yeri əvvəldən ziyarət edin. CV-nizin və istinad məktublarınızın surətlərini yanınızda hazır saxlayın. Müsahibə əsnasında mümkün olduğu qədər peşəkar danışmaq və davranmaq üçün hazırlanın. İstedad və bacarıqlarınızı və müraciət etdiyiniz təşkilata nələr qazandıra biləcəyinizi dilə gətirmək üçün hazırlıqlı olun.

Müsahibə üçün uyğun xarici görünüşdə vacib elementlərdəndi.Müsahibə götürəcək olan adam, qətiliklə sizin xarici görünüşünüzə diqqət edəcək. İş mühitinə uyğun, professional bir şəkildə geyinsəniz, harada olursa olsun mühitə uyğun olacaqsınız. Kişilər üçün ənənəvi iş paltarı, tünd rəngli kostyum ilə ağ, uzun qolu, ütülü köynək geyinmələri məsləhətdi. Qalstukunuz paltarınızla uyğun olmalıdır. Diqqəti dağıdacaq şəkildə çox rəngli, şəkilli, şişirdilmiş qalstuk taxmayın. Ayaqqabılarınızın təmiz və kostyuma uyğun olmasına diqqət edin.

Qadınlar üçün ənənəvi iş paltarı, kostyum və ya şalvar geyinmələri məsləhətdi. Çox gözə batan bijüteriya  və ağır makiyajdan istifadə etməyin. Dırnaqlarınızın təmiz olmasına, uzun olmamasına və şişirdilmiş lak istifadə etməməyə çalışın. Çox ətir istifadə etməyin. Saçınızın təmiz və üzünüz görünəcək şəkildə yaxşı daranmış olmasına diqqət edin.

Namizəd müvəffəqiyyətli ​​müsahibənin olmasını istəyirsə Müsahibə zamanı aşağıdakı məsləhətlərə əməl etməlidir:

20071218_conversation_2

Müsahibə yerinə vaxtında gedin. Özünüzü, sizi qarşılayan katibəyə təqdim edin. Müsahibə otağı yaxınında gözləyərkən rahat olun. Olduğunuz yerdə, varsa əgər, şirkət haqqında olan şirkət broşuralarını, kitapçalarını araşdırın. Müsahibə otağına girdiyinizdə müsahibə edəcək adam ya da kəslərlə salamlaşın. · Otağa bir iş çantası, ya da qovluq xaricində başqa əşya ilə girməyin. Göz təmasında olaraq diqqətli bir dinləyici olduğunuzu göstərin. Müvafiq olduğunuzu göstərmək üçün bədən dilindən istifadə edin. Sualları və şərhləri yaxşı anladığınızı göstərmək üçün müsbət reaksiya verin, gülümsəyin. Yavaş və açıq diksiya ilə danışın. Fikirlərinizi toplamaq  üçün ara verməkdən qorxmayın. Lazımdırsa, bir sonrakı mərhələdə sizdən nə gözlədiklərini soruşun. Özünüzdən əmin olun. Müsahibənin bu işin sizə uyğunluğunu anlamanız üçün yaxşı bir fürsət olduğunu unutmayın. “Ən sevdiyiniz rəng nədir?” kimi formal olmayan, bir sualla qarşılaşsanız, bu sualı şirketeki rolunuzla əlaqəli olaraq cavablayın. Dürüst olun. Mənfi ifadələrlə qarşılaşsanız, sərt bir rəftarla cavab verməyin. Nəzakətli bir şəkildə səbəblərinizi söyləyin. Müsahibəni götürən adam ya da kəslərdən sual soruşmaq istəsəniz, doğru zamanda nəzakətli bir şəkildə suallarınızı yönəldin.  Müsahibə sonunda təşəkkür edərək əl ilə görüşün. Müsahibə edən adamdan vizitkart istəyin və müsahibə sonrasında bir təşəkkür qeydi göndərin.

Göstərilən məsləhətlərə əməl etsəniz, inanin ki, müsahibəniz uğurlu alınacaq və gələcək karyeranızda müsbət dəyişiklər baş verəcək.

 

Toğrul Bayramlı

Mənbə: dialoq.info