İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi

Milli QHT Forumunun Resurs və Təlim Mərkəzində “İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Layihə “İslam həmrəyli ili” çərçivəsində görülən işlərin təbliğ edilməsi, QHT-lərin bu mövzuya tövhəsini ictimailəşdirməkdən ibarət olub.

“İslam Həmrəyliyi İli” çərçivəsində QHT-lər tərəfindən xeyli sayda tədbirlər həyata keçirildiyini qeyd edən təşkilat rəhbəri imkan çərçivəsində bu tədbirlərin işıqlandırılmasına çalışdıqlarını bildirib.

Belə ki, “İslam həmrəyli ili” çərçivəsində keçirilən tədbirlər çərçivəsində QHT-lərin həyata keçirdiyi nümunəvi  layihələr və tədbirlər ilə bağlı 12 video material hazırlanaraq,  QHT TV internet televiziyasında  yayımlanıb. Həmin materiallar eyni zamanda QHT TV-nin youtube, facebook və myvideo.az səhifələrində yayımlanıb.

Video reportajların bəzilərin studiya şəraitində, digərlərinin isə həyata keçirilən müxtəlif tədbirlərdən reportaj və müsahibələr formatında hazırlanıb.

Cəsarət Hüseynzadə eyni zamanda layihəyə əlavə tövhə olaraq, QHT-lərin digər fəaliyyətləri haqqında da  12 videoreportaj hazırlandığını  qeyd edib.

Təşkilat rəhbəri QHT TV layihəsinin inkişafı üzərində işlərin davam etdirildiyni, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına yönəlik yeni layihələrə də imza atacıqlarını bildirib.

Tədbirdə iştirak edən QHT rəhbərləri tərəfindən  “İslam həmrəyliyi ili” çərçivəsində həyata keçirilən fəaliyyətlər yüksək  qiymətləndirilib.

Eyni zamanda QHT-lərin bu sahəyə diqqət ayırmasın və bu istiqamətdə layihələrin icrasının vacibliyi qeyd olunub.

Təşkilat rəhbərləri eyni zamanda yeni yaranan QHT TV-nin fəaliyyətinin məqsədə müvafiq olduğunu və bu fəaliyyətinin genişlənməsi zərurətini qeyd ediblər.

Tədbir müzakirə və diskussiyalar ilə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here