İsmayıllıda Dəyirmi masa:“Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”

İsmayıllı rayon Tarix – Diyarşünaslıq muzeyində Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təşviqi ilə bağlı Dəyirmi masa keçirib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyinin sədri Çingiz Gülalıyev, əməkdaşı Bahadur Bilalov və turizm sahəsində çalışan gənclər iştirak ediblər.
Qonaqları salamlayan RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva bildirib ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilib. Qeyd olunub ki, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılması qarşıya qoyulmuş məqsədlərdən biridir.
Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyinin sədri Çingiz Gülalıyev layihənin məqsəd və məramı barədə iştirakçılara məlumat verib. Tədbirdə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin məqsədyönlü təbliği və təşviqi ilə bağlı rayonlarda Dəyirmi masaların keçirilməsinin “Turizm fəaliyyətinin ekoloji – erqonomik əsasları” dərsliyinin hazırlanmasında əsas məqsəd olduğu diqqətə çatdırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here