İsmayıllıda VII Muğam Televiziya müsabiqəsinin növbəti turu keçirilib

İsmayıllıda Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən muğam müsabiqəsinin növbəti turu olub. 270 nəfər tamaşaçının iştirak etdiyi VII Muğam Televiziya müsabiqəsi İsmayıllıdakı şəhər mədəniyyət mərkəzində təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə iştirakçıları bu turda İmadəddin Nəsiminin qəzəllərini oxuyublar. Əvvəlcə Səməndər Rzayevin ifasında Nəsiminin bir şeirinin lent yazısı və muğam ustası Vahid Abdullayevin ifa etdiyi muğam səsləndirilib.

Yeni qatılmalarına baxmayaraq, səkkiz nəfər müsabiqə iştirakçısı yüksək ifaçılıq bacarığı nümayiş etdiriblər. Beş nəfərlik münsiflər heyəti tərəfindən yeddi nəfər müsabiqə iştirakçısı 45, bir nəfər isə 44 bal alıb. Sonda Xanagah kəndindən olan İlahə Rüstəmova daha sürəkli alqışlara layiq görülüb.

VII Muğam Televiziya müsabiqəsində Özbəkistandan İsmayıllıya gələn sənətçilər də muğam və şən melodiyalar ifa ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here