İsmayıllıda zəlzələ baş verib

Avqustun 11-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 23:03:11-də Pirquludan 11 kilometr qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here