RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.08.16

İspaniya La Liqası başlayır

21

Avqustun 16-da futbol üzrə sayca 89-cu İspaniya La Liqası start götürür.

Mövsümün açılış görüşündə ölkənin hazırkı çempionu “Barselona” səfərdə “Atletik Bilbao” komandasının qonağı olacaq. Birinci tur üç günə yekunlaşacaq. Avqustun 17-də “Selta Viqo” “Real Madrid”i, “Valensiya” “Real Sosyedad”ı, “Malyorka” “Eybar”ı, “Leganes” “Osasuna”nı, “Vallyareal” isə “Qranada”nı qəbul edəcək. Tura avqustun 18-də dörd oyun ilə yekun vurulacaq. Həmin görüşlərdə “Levante” “Deportivo Alaves”in, “Sevilya” “Espanyol”un, “Real Valladolid” “Real Betis”in, “Xetafe” isə “Atletiko Madrid”in qonağı olacaq.

İspaniya ölkə çempionatı 1929-cu ildən keçirilir. 1936-1939-cu illərdə ölkədə müharibə səbəbindən yarış keçirilməyib. İspaniyanın ən titullu klubu “Real Madrid”dir. Belə ki, “Kral klubu” 33 dəfə çempionluğunu bayram edib, əzəli rəqibi “Barselona” isə 26 dəfə mövsümdə ən güclü olub. Digər yerləri müvafiq olaraq “Atletiko Madrid” (10) və “Atletik Bilbao” (8) tutur.

La Liqada iki dairədə öz aralarında oynayacaq 20 komanda iştirak edəcək. Ötən mövsümün nəticələrinə görə, “Girona”, “Rayo Vallecano” və “Huesca” çempionatı tərk ediblər. Onların yerlərini “Qranada”, “Malyorka” və “Osasuna” tutub. Çempionatda ən yaxşı dörd komanda 2020-2021-ci illər mövsümündə UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanacaq. Beşinci və altıncı yerləri tutan klublar isə UEFA Avropa Liqasında çıxış edəcəklər.

İspaniya çempionatlarının tarixində yalnız üç komanda heç vaxt elit diviziondan kənarda qalmayıb – “Atletik Bilbao”, “Barselona” və “Real Madrid”.

İspaniya çempionatında ən məhsuldar oyunçu 452 matçda 419 qol vuran “Barselona”ın kapitanı Lionel Messidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı