RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.11.17 01:52

“İsrail dövlətinin ləğvinə çağırış yəhudi xalqının məhv edilməsi anlamına gəlmir” – Ayətullah Xamneyi Qərbə səsləndi

62

“Reuters” agentliyi İran-İsrail münasibətləri ilə bağlı İranın dini rəhbəri Ayətullah Xamneyinin son açıqlamasın yayıb: “İsrail dövlətinin ləğvinə çağırış yəhudi xalqının məhv edilməsi anlamına gəlmir”.

“Bu o deməkdir ki, Fələstin xalqı – istər müsəlman, istər xristian və ya yəhudi olsun – öz hökumətlərini seçməlidirlər”.

Agentlik qeyd edir ki, 1979-cü ildə İranda İslam İnqilabı baş verib. Elə o vaxtdan da İran İsraili dövlət olaraq tanımır. İsrail isə İranı Yaxın Şərqdə mövcud olan ən böyük təhlükə mənbəyi kimi görür və onu ən böyük düşməni sayır.

Ayətullah Xamneyi Qərbi rəsmi Tehranın nüvə proqramı ilə bağlı təzyiq etdiyinə görə tənqid etdi.

“Bütün xalqların dinc nüvə enerjisinə ehtiyacı var, amma Qərb inhisarçıları bu enerjini inhisarda saxlamağa çalışırlar… Qərb yaxşı bilir ki, biz dini inancımıza və prinsiplərimizə görə nüvə silahı yaratmaq istəmirik”.

“Reuters” qeyd edir ki, 2000-ci ilin əvvəllərində cənab Xameneyi nüvə silahının hazırlanmasını və istifadəsini qadağan edən bir dini fətva verib və nüvə bombası hazırlamaq istəyi barədə iddiaları dəfələrlə rədd edib.

ABŞ xüsusi xidmət orqanları isə İranın atom bombası yaratmaq proqramına sahib olduğuna inanır. Fransa, İngiltərə və Almaniya bu həftə İranın yeraltı zavodda uranın zənginləşdirilməsini bərpa etmək qərarından narahat olduqlarını bildirib və İranı yeni sanksiyalarla hədələyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı