İsrailli alimlər azərbaycanlı həmkarları ilə neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər

İsrailli alimlər azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Bunu İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetin professoru Zvi Ben-Avraham Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşündə deyib.

Z.Ben-Avraham bildirib ki, bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruridir. Alim əməkdaşlığın hər iki ölkənin elmi üçün mühüm əhəmiyyət kəsb edəcəyini söyləyib.

A.Əlizadə AMEA-nın elmi müəssisələri ilə İsrailin müvafiq elmi mərkəzləri arasında bilik, təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat sahəsində birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, eləcə də elmi seminar və konfransların təşkilinin önəmli olduğunu vurğulayıb.

Görüşdə tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, perspektiv əməkdaşlığa dair müxtəlif tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlıq əlaqələrinin inkişaf mexanizmləri və imkanları müzakirə olunub.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here