İstedadlı Dizaynerlər layihəsinin yekun sərgi mərasimi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İstehdadlı Dizaynerlər” layihəsinin yekun təqdimat mərasimi təşkil olunacaqdır.

Sərgi 29 oktyabr, 15:00-da Aura Park əyləncə və istirahət mərkəzinin 6-cı mərtəbəsində təşkil oluanacaqdır.

Layihənin əsas məqsədi qərb regionunda dizaynerlərin sayını artırmaqdır.

Layihə rəhbəri Türkan Ələsgərova: ”Başlıca məqsədimiz uşaqlar evində boyüyən uşaqlara dəstək olmaq və onlara peşə oytətməkdir. Belə ki,onlar 18 yaşına çatdıqda peşəsiz qala bilərlər.Bu uşaqlar hər biri gələcəyimizin rəssamı, dərzisi, dizayneri və yaxud musiqiçisi ola bilər.Bizdə istəyirik ki, onlarda bizlərdən olsun və ayrı seçkiliyə məruz qalmasınlar.Onlarda ilkaddımlarını atanda artıq yetişkin bir insan kimi atıb, doğru yolda doğru addımlarla irəlləsinlər.

Bu layihənin icrasında 20 gənci (uşağı) bir araya toplayaraq onlarla xüsusi məşğul olunub.

Lahiyədə dizaynın əksəriyyət sahələri tədris olunub. Bunlardan: art , rəssamlıq, interyer dizan, moldeyerlik, materiallarla iş, maket, rəngkarlıq,dekarativ tətbiqi incəsənət kimi dərslər keçirilib.

Layihə yekububda istedadlı dizaynerlərin əl işlərinin sərgiləri təşkil oluanur.

Layihəyə Gənc Dizaynerlər məktəbi və Aura park əyləncə və istirahət mərkəzi təşkilati dəstək göstərir.