“İstedadlı əllər” layihəsi həyata keçirilib

Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Binəqədi rayon Gənclər Evində “İstedadlı əllər” layihəsi həyata keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Əsmər Qasımlı layihə haqqında iştirakçılara məlumat verib, detallar haqqında ətraflı çıxış edib. İstedadların ortaya çıxarılmasının önəmidən danışan layihə rəhbəri Gənclər Fondunun bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. Daha sonra layihə çərçivəsində ekspert kimi dəvət olunmuş İlkin Şərifova söz verilib. Eks pert Gənclər Fondunun fəaliyyətindən danışaraq gənclər fondun gələcək qrant müsabiqələrində aktiv olmağa səsləyib.
Ekspert bildirilib ki, sərginin əsas məqsədi uşaqların dünyaya baxışlarını, rəng duyumlarını, milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini, uşaqlara göstərilən qayğı və onların qorunmasını rəsmlər vasitəsilə həmyaşıdlarına nümayiş etdirməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezident yanında Gənclər uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə hər il müxtəlif tədbirlər və layihələr keçirilir.
Bildirilib ki layihədə çox fərqlənən və bəyənilən əl işlərinin müəlliflərinə həvəsləndirici diplom və mükafatlar təqdim olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here