İstifadə edilmiş çay poşetinin inanılmaz faydaları

Əgər siz poşet çay istifadə edirsinizsə, daha sonra bu istifadə edilmiş poşetləri atmayın. Çünki gündəlik həyatınızda çox işinizə yarayacaq!

Həşərat sancmasına qarşı:Sizi bir böcək sancsa , istifadə edilmiş bir çay poşetini 5 dəqiq soyuducuda saxlayın çıxarıb həmən hissəyə qoyun. Və yüngülcə həmən hissədən 2-3 dəqiqə basın. Bütün qızartını aparacaq.

Dəri baxımı: Bir neçə yaşıl və ya qara çay poşetini içində qaynar su olan kasaya atın. Başınıza dəsmal salıb üzünüzü kasaya doğru çevirin. Yaşıl və qara çayın tərkibində yüksək miqdarda antioksidant var. Bu dərinizdəki parlaqlığı təmin edəcək və, çirkli dəlikləri azaldacaq.

Nahardan sonra ələ hopmuş yemək qoxusunu da aradan qaldırır. Yediyiniz yeməkdə təzə soğan və ya sarımsaq varsa, istifadə edilmiş çay poşeti sizə yardımçı olacaq . Bu qoxunu aradan qaldırmaq üçün barmaqlarınızı istifadə edilmiş nəmli çay poşetlərinə silməklə qoxu aradan qalxacaq. Sonra əllərinizi isti su sabunla yuyun.

Gözaltı şişiklərə qarşı: İstifadə olunmuş iki çay poşetini buzlu suda saxlandıqdan sonra gözlərinizə kompres edin. Soyuq çay poşetləri göz qapaqları və göz altındakı şişiklikləri aparacaq.

İdman ayaqqabılarını təzələ: İdmandan sonra ayaqqabılarınız iy verirsə, istifadə edilmiş çay poşetlərini qurutduqdan sonra ayaqqabılarınızın içinə yerləşdirin və səhərə qədər saxlayın.

Saçların ağarmasına qarşı: Həftədə bir dəfə, iki stəkan qaynamış suya, iki çay poşeti qoyun. 10 dəqiqə gözlətdikdən sonra, suyu otaq temperaturunda soyudun. Sonra da saçınızı o suyla yuyun və sonra şampunla yuyun.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here