İstixana təsərrüfatlarında qaragilə yetişdirilir

İsmayıllı rayonunun Diyallı kəndindəki istixana təsərrüfatlarında moruq və qaragilə yetişdirilir.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, qaragilənin istixanada yetişdirilməsi təcrübəsi Azərbaycanda ilk dəfə olaraq İsmayıllıda həyata keçirilir. Tərkibi C vitamini ilə zəngin olan qaragilənin bitkisi xaricdən gətirilib.

Qeyd edək ki, Diyallı kəndində 1,5 hektar ərazini əhatə edən 54 istixana təsərrüfatı fəaliyyət göstərir. Əkin sahələrinin çoxu məhz qaragilə bitkisidir. Cari ilin yazında burada qaragilə və moruq istehsalına başlanılacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here