İsveçli diplomat Musiqili Teatra təşəkkür etdi

Bu yaxınlarda İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Kristian Kamill Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev tərəfindən səmimi qarşılanan mötəbər qonaq bu sənət ocağında ona göstərilən diqqətə görə Teatrın rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli, cənab Lalayev,

İcazə verin, mən sizə Azərbaycan Dövlət Musiqili Teatrına lütfkar dəvətinizə görə təşəkkür edim, səmimi qarşılanmaya görə ürəkdən minnətdarlığını bildirim”.

İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Kristian Kamillin imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur: “Musiqili Teatrda nümayiş olunan Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası bizə çox böyük zövq verdi”.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here