“İT Olimpiadası”

Əziz Tələbələr!
Əgər Siz İnformasiya Texnologiyaları üzrə biliklərinizə güvənirsizsə bu şans sizin üçündür. Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə həyata keçiriləcək “İT Olimpiadası” tələbələr arasında İT sahəsində yüksək biliklərə sahib olan gənclərin üzə çıxarılmasında onlara dəstək olacaq. Layihədə iştirak etmək istəyən gənclər bu formanı: https://docs.google.com/forms/d/1GQSeYkQMuurGyk84lWTrUQesFNd8sWmQEG3MoaD7ozc/viewform?pli=1 doldurmaqla geydiyyatdan keçə bilərlər. Layihədə uğurla iştirak etmiş bütün gənclərə sertifikatlar təqdim ediləcək. İlk 3 yeri tutan tələbələrə isə hədiyyələr təqdim olunacaq. İştirak tamamilə ödənişsizdir. Layihənin keçiriləcəyi tarix və məkan haqqında qeydiyyatdan keçmiş iştirakçılar əvvəlcədən məlumatlandırılacaqlar, həmçinin facebook eventimizdə yerləşdiriləcəkdir.

Layihə haqqında əlavə məlumat almaq üçün Nurkhan Babayev-ə müraciət edə bilərsiz: +994554551994.
Layihənin tərəfdaşları: Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Dövlət Neft Akademiyasl Tələbə Gənclər Təşkilatı

QEYD: İştirakçı sayı məhduddur.
Son qeydiyyat tarixi – 16.11.2014/ 23:55