RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarların inkişafına təsiri müzakirə olunacaq

64

İyulun 12-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarların inkişafına təsiri” mövzusunda seminar keçiriləcək.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova bildirib.

Seminar İngiltərənin nüfuzlu Nyukasl Universitetinin (Newcastle University Business School) baş müəllimi Robert Nyuberi tərəfindən aparılacaq. Robert Nyuberi iştirakçılara bu sahədə İngiltərə təcrübəsi və bu ölkədə aparılan araşdırmalar barədə geniş məlumat verəcək. O, İngiltərədə kiçik və orta ixracatçı şirkətlərinin nümunəsində aparılan araşdırmalar, İngiltərədə ixracın təşviqi üçün tətbiq olunan innovativ alətlər barədə təqdimatla çıxış edəcək.

Qeyd edək ki, seminarda iştirak edən ixracatçı şirkət nümayəndələri ilə bu ilin oktyabr ayında Avropa ölkələrinin birində nəzərdə tutulan səfərdə iştirak imkanları da müzakirə olunacaq.

Azertac
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı