“İyirmi şeir” (Azərbaycan və Kolumbiya şeiri antologiyası) adlı kitab işıq üzü görüb

Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin birgə ərsəyə gətirdiyi “İyirmi şeir” (Azərbaycan və Kolumbiya şeiri antologiyası) adlı kitab işıq üzü görüb.
Kitabda Kolumbiya və Azərbaycan ədəbiyyatının klassik və müasir görkəmli nümayəndələrindən seçmələr yer alıb. Klassiklərdən dahi Azərbaycan şairləri Nizami Gəncəvinin “Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz”, Seyid İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, müasir Azərbaycan poeziyasından Səməd Vurğunun “Mən tələsmirəm”, Mikayıl Muşviqin “Yenə o bağ olaydı”, Əli Kərimin “Daş”, Məmməd Arazın “Azərbaycan dünyam mənim”, Musa Yaqubun “Leyləklərin çöp yuvası”, Vaqif Səmədoğlunun “Eşidirsənmi”, Ramiz Rövşənin “Toz”, Vaqif Bayatlı Odərin “Axşam tramvayında” adlı şeirləri seçmələr içərisindədir.
Kolumbiya ədəbiyyatına nümunə olaraq isə Kogilərin “Yaradılış”, Fransiska Xosefa Del Kastilyo İ Gevaranın “Məhəbbət”, Rafael Pombonun “Gecə vaxtı”, Xose Asunsion Silvanın “Lirik serenada”, Meria Delmarın “Qədim kök”, Covanni Kessepin “Əcnəbinin nəğməsi” və digər tanınmış qələm sahiblərinin şeirləri təqdim olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here