Jurnalist QHT sədri vəfat edib

Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Tatyana Çaladze vəfat edib.
Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlpə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə Əməkdar jurnalist adı verilib.
Allah rəhmət eləsin!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here