Jurnalistlər üçün PR tur keçirildi

2017-cı il dekabrın 27-də “Excelsior Hotel & Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirilib. “AtaHolding” Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirə toplaşanları ilin yekunları ilə tanış etmiş və qeyd edib ki, il ərzində çoxlu sayda müxtəlif tədbirlər həyata keçirilmiş və mükafatlar təqdim edilib.

2017-ci ilin nəticələrinə görə “AtaSığorta”ASC “Consulting and Business” jurnalı tərəfindən “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına, “AtaSığorta” ASC Insure.az saytında keçirilən “İlin Sığorta Şirkəti” müsabiqəsində istifadəçilərin verdiyi səslər əsasında ən çox səs toplayaraq qalib olub. Üç ay ərzində davam edən onlayn səsvermədə “AtaSığorta” ASC 1 117 səslə “İlin Sığorta Şirkəti” adına layiq görülüb. Həmçinin, “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. “Dekabrın 25-də Bakıda “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatının təqdimetmə mərasimində “AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovaya “The Best of Azerbaijan” mükafatı təqdim olunub.

2017-cı il ərzində daxili kommunikasiyalar planına əsasən “Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı 2”, “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə Vaxt?” oyunu, qadınlar arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyn-rinq oyunu və digər tədbirlər keçirilib.

Bütövlükdə, 2017-cı ildə “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 4 169 məlumat dərc edilmişdir. Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, “Excelsior Hotel & Spa Baku” oteli 2017-cilin yanvar, mart, iyun, iyul, oktyabr və noyabr aylarında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yeri tutmuşdur. “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı 71 pres reliz işıqlandırılıb. Tədbir iştirakçılarına “AtaHolding” Şirkətlər Qrupunun 2017-cı ildə keçirilən tədbirlərdən video süjetlər nümayiş edililib.

Xarici kommunikasiyalar planına əsasən “AtaTravel” MMC-nin sponsorluğu ilə “Travel X” tədbiri, “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırılması, menecmentə sistemli yanaşma” mövzusunda təlim, “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri, “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar və digər tədbirlər keçirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here