Jurnalistlər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim təşkil edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün rəqəmsal ödənişlər sahəsində maliyyə savadlılığının artırılması məqsədilə “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirib.

AZƏRTAC xəbər verir ki, “Visa Inc.”in mərkəzi ofisi Vaşinqtonda yerləşən “Visa School of Public Policy” (VSPP) institutunun baş direktoru Məcid Hucair rəqəmsal ödənişlərə dair yeniliklərin ictimaiyyətə çatdırılmasında KİV-lərin əhəmiyyətini vurğulayıb. O, rəqəmsal ödənişlərin üstünlükləri, ölkə iqtisadiyyatındakı əhəmiyyəti, rəqəmsal ödənişlər üzrə tətbiq olunan modellər barədə məlumat verib.

İyirmidən çox aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin, müstəqil jurnalistlərin iştirakı ilə keçirilən təlimdə müxtəlif iqtisadi subyektlər arasında nağdsız ödəniş mühitinin formalaşması, rəqəmsal ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödəmələrin sosial, iqtisadi və strateji üstünlükləri, habelə “nağdsız şəhər” təcrübəsi, innovativ ödəniş həlləri və texnologiyaları ətrafında müzakirələr aparılıb.

Qarşılıqlı müzakirələr şəraitində keçirilən təlimdə rəqəmsal ödənişlər mövzusu üzrə KİV nümayəndələrini maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here