RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün kurslar keçiriləcək

710

“Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyininnin Məlumat Hesablama Mərkəzi 17-18 mart tarixində jurnalistlər, bloggerlər və İKT-ilə maraqlanan tələbələr üçün 2 günlük kurs keçirəcək. Məqsəd Elektron hökumət quruculuğundan, informasiya cəmiyyətinin formalaşmasından yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək və bu sahə üzrə maarifləndirmə işinə təkan verməkdir.

Dialoq.info saytının  məlumatına görə, kurslar RYTN-nin MHM-nin mütəxəssisləri, həmçinin İKT sahasəsində tanınmış ekspertlər tərəfindən keçiriləcək. Təlimin sonunda iştirakçılara  sertifikat təqdim ediləcək.

İştirak etmək istəyənlər bu  linkdən istifadə edərək qeydiyyatdan keçməlidir.

Kurslar MHM –də keçiriləcək.

Ünvan:Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı