RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Kənd Təsərrüfatı naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

6

Kənd Təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də saat 10:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, iyunun 21-də saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları, nazir müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-74-44), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı