Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığın inkişafı müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib.

Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə 2019-cu ildə pambıq əkininə hazırlıq prosesinin mövcud vəziyyəti və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, əkin zamanı texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənilib.

Tədbirdə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə toxunulub, bu sahənin kənd təsərrüfatının prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Sonda bu cür müzakirələrin mütəmadi olaraq ayda bir dəfə keçirilməsi qərara alınıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here