RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.10.19 00:42

“Kəpəz” klubu oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb

67

Futbol üzrə I Divizionun VII turunda keçirilən “Kəpəz” – “Qarabağ-2” matçı 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyi üçün Gəncə təmsilçisi görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.

“Dialoq.info”un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən “Kəpəz”in oyunçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.

Meydanda həmçinin böyük ölçülü üç rəngli bayraq açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

Qeyd edək ki, qarşılaşma “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə bitib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı