RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.09.04 18:57

KƏRBƏLA hadisəsinin pərdəarxası

34

Yezidin atası Müaviyə bin Əbu Süfyanın iqtidarı zamanından bəri onun baş vəziri Vatikanın göstərişlərini birbaşa yerinə yetirən Mansur bin Sercun adlı xristian birisi idi. Vaxtilə Bizansa bağlı olan Dəməşq bölgəsinin maliyyə işlərini yönətən bu adam Müaviyə bin Əbu Süfyan xəlifə Ömərin əmri ilə Şam valisi təyin olunduqdan sonra onun baş məsləhətçisi, daha sonra isə Əməvi iqtidarı zamanında onun baş vəziri olmuşdu.

Bu adam ömrü boyu da xristian qalıb və xristian kimi ölüb. Mansur bin Sercunun babası Yuhanna əd-Diməşqinin adı 6 əsr ərzində xristian dünyasına ən böyük xidmətləri vermiş on adamın adı arasında keçir və xristian dünyasında “Saint” yəni müqəddəs hesab olunur. Yuhanna əd-Diməşqinin işi-gücü müsəlman ümməti içərisinə təfriqə salmaqla onların Qurani əsaslarını laxlatmaq olub. Kərbəla faciəsinin planı Mansur bin Sercunun vasitəsilə Yezidə qəbul etdirilmişdi. Vatikana göstərəcəyi bu əvəzsiz xidmətin müqabilində Yezidə bir çox şeylər (Bizansa məxsus olan bir sıra torpaqlar, Aralıq dənizində sərbəst ticarət, şimali Afrikada ayrı-ayrı bölgələr və s.) vəd olunmuşdu.

Peyğəmbər nəvəsinin öz ailəsi ilə birlikdə kütləvi şəkildə qətlə yetirilməsi və peyğəmbərin kişi soyunun tükədilməsi hər kəsdən öncə Vatikan üçün, daha sonra isə peyğəmbər nəslinə tarixi düşmən olan yəhudi soylu Bəni-Üməyyə tayfası mənsubları üçün (başda Əbu Süfyan, Müaviyə və Yezid olmaqla) vacib idi. Faktlar və araşdırmalar göstərir ki, Kərbəla faciəsi zamanı hətta imamın yaş yarımlıq körpəsinin boğazına sancılan ox belə təsadüfən atılmayıb. Hər şey öncədən və detallı şəkildə planlaşdırılmışdı. Hüseyn ibn Əlinin hərəkət trayektoriyası, Kufə yolunda önünün kəsilməsi və onun Kərbəla çölünə kimi qoşunla kənardan müşayiət edilməsi, su qaynaqlarının Hüseyn ibn Əli və tərəfdarlarından uzaq saxlanılması və s. bu planın tərkib hissəsi idi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı