Kanadanın baş naziri İrəvanda Qarabağdan danışdı

Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. Bu barədə İrəvanda səfərdə olan Kanada baş naziri Castin Trüdo erməni həmkarı Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqların aparılması vacibdir. Minsk qrupunun vasitəçilik prosesi davam etdirilməli və region xalqlarının xeyrinə olan sülh nizamlanmasına nail olunmalıdır”, – Kanadanın baş naziri bildirib.

Paşinyan isə öz növbəsində, münaqişənin həlli yolunda indiyək keçirilən görüşlər və əldə olunan razılıqlar barədə kanadalı həmkarını məlumatlandırıb. O, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar vasitəsilə yalnız sülh yolu ilə həll olunmalıdır.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here