“Kapital Bank”: Hər kəsə, hər istəyə “BirKart”!

“Kapital Bank”ın “BirKart” məhsulunu artıq məvacib və pensiyasını bu bankdan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

Bankdan  bildiriblər ki, “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10 faizədək Cash Back imkanı. Visa kartları əsasında olan “BirKart” 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here