“Kapital Bank”ın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açılıb

“Kapital Bank”ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi,12) fəaliyyət göstərir.

“Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək üçün müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

“Belə bir mərkəzi açmaqla təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir araya toplayaraq, onların asudə vaxtlarının maraqlı təşkil etmək, cəmiyyət üçün gərəkli olduqlarını hiss etdirməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar var, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir. Layihənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “Üçüncü Bahar” təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk”, – deyə “Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, mərkəzin hazırda 300-dən artıq aktiv üzvü var. Hər dəfə müxtəlif mövzularda keçirilən təlimlərdə 40-50 nəfər iştirak edir. “Kapital Bank” ötən il ahıllar günü ərəfəsində mərkəzin üzvləri üçün respublika üzrə maliyyə savadlılığı mövzusunda təlim təşkil edib. Gələcəkdə belə tədbirlərin daha intensiv keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here