Kapital Menecment İnvestisiya Şirkəti” nin səhmlərini alan Böyük Britaniya şirkəti Azərbaycanda nümayəndəlik açıb

“Plato Capital İnternational Holdings Limited” şirkəti Azərbaycanda filial açıb.

“APA-Economics” Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, filial bu ilin mayın 21-də dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 203A, mənzil 37-də yerləşən şirkətin qanuni təmsilçisi Mansur Məmmədovdur.

Qeyd edək ki, ötən ilin sonunda Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti ləğv prosesində olan “Texnikabank” ASC-nin törəmə müəssisəsi – “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin 99%-ni alıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here