Kaspi Təhsil Şirkətində iş imkanı

Vakansiya : Marketinq Meneceri

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 08 Oktyabr 2014
Son tarix: 15 Oktyabr 2014
Vakansiya nömrəsi: 006
Yerləşdiyi ərazi: Bakı şəhəri
İş saatları: 44/6
Əmək haqqı: Aylıq 500-800 və əlavə bonuslar ( Namizədin bilik və təcrübəsində asılı olaraq )

Vəzifə funksiyaları:

Rəqib təhsil müəssisələrin strategiyalarının araşdırılması və analizi
Bazar ehtiyaclarının qiymətləndirilməsi
Şirkətin biznes planının inkişafında yaxından iştirak etmək və illik biznes planının qurulmasına töhfə vermək
Müştərilərin tapılması üçün fəaliyyət planının hazırlanması
Müştərilərlə mütəmadi əlaqələr saxlanılması, “feedback” – lərin alınması və araşdırılması
Yeni bazara daxil olmaq üçün fəaliyyət planını hazırlamaq, inkişaf etdirmək və tətbiqi
Rəhbər işçiyə həftəlik hesabatların verilməsi
Müştərilər üçün təklif planının hazırlanması
Şirkətin imicinin saxlanılması və qorunması
Mütəmadi olaraq bazarı izləmək, hədəf qruplarına çatmaq və ələ keçirmək, əvvəlki və cari nəticələrin əldə edilməsi, müqayisəsi və hesabatın verilməsi
Reklam mətnlərinin hazırlanması və reklam dizaynlarının işlənməsi

Tələblər:

Bakalavr: İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Menecment, Maliyyə və Mühasibatlıq üzrə təhsil
MBA sahəsi üzrə magistr dərəcəsi üstünlükdür
İş təcrübəsi: sahə üzrə minimum 2 il
Dili bilikləri: Rus və İngilis dili ( ünsiyyət qurmaq səviyyəsində )
Kompyüter bacarıqları: Word, Excel, Power Point bilməsi vacibdir. Adobe Illustrator, Corel Draw, Photoshop proqramlaından birini bilmək üstünlükdür
Marketinqin əsaslarını bilməli
Azərbaycan bazarına çıxışı bilməli və bazarı araşdırma bacarığı olmalı
Layihənin idarəedilməsini bilməli
Büdcə ilə işləmək bacarığı
Analiz bacarığı
Təqdimat bacarığı
Komanda ilə işləmək bacarığı
Dəqiqlik və vaxtın idarə ediməsi
İnnovativlik

Ərizə forması (1)

ƏRİZƏ FORMASInı ( CV forması ) doldurub  [email protected] elektron ünvanına göndərmək tələb olunur